Canlı əlaqə
✖
Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin kollegiyası haqqında
- Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin kollegiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi haqqında əsasnaməyə" uyğun təşkil edilmişdir.
- Kollegiyanın tərkibi Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədrindən (kollegiyanın sədri), onun müavinindən, Komitə aparatının rəhbər işçilərindən ibarətdir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin kollegiya üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
- Kollegiya iclaslarının planlaşdırılması, hazırlanması, aparılması qaydaları və onların qəbul etdiyi qərarların icrasına nəzarət Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnaməyə və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Reqlamentinə uyğun olaraq həyata keçirilir.
- Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı, ona həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi, muxtar respublikada statistikanın təşkili və inkişafı ilə əlaqədar məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
- Kollegiya iclasları ayda bir dəfədən az olmayaraq hər ayın son cümə günü keçirilir.
- Kollegiya iclaslarının gündəliyinə daxil edilmiş məsələlərə dair aydın və dəqiq tərtib olunmuş qərar layihələri (zəruri hallarda məsələ ilə bağlı tədbirlər planı da əlavə edilməklə) müzakirəyə çıxarılmış məsələlərə cavabdeh struktur bölmələrin rəhbərləri tərəfindən hazırlanır və məsul şəxslərlə razılaşdırılaraq iclasa ən azı 3 iş günü qalmış kollegiyanın katibinə təqdim edilir. Kollegiyanın katibi təqdim olunan qərar layihələrinin və digər materialların kollegiya iclaslarının müzakirəsinə vaxtında və keyfiyyətli hazırlanmasını təmin edir.
- Təqdim olunan qərar layihələrində və digər materiallarda müzakirə edilən məsələnin ətraflı təhlili əks etdirilməli və real vəziyyətə obyektiv qiymət verilməli, icraçılar qarşısında dəqiq ifadə olunmuş məqsəd və vəzifələr qoyulmalı, konkret icraçılar, habelə qərarın yerinə yetirilməsinin həvalə olunduğu struktur bölmələr, tabelikdə olan qurumlar və şəxslər, lazım gəldikdə icra, məlumat və hesabatların təqdim edilmə müddətləri göstərilməlidir. Qərar layihəsində tapşırıq verilən müvafiq şöbələrin rəhbərləri layihələrlə əvvəlcədən tanış edilirlər.
- Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq Komitənin sədri tərəfindən təsdiq edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
- İclaslar kollegiyanın katibi tərəfindən protokollaşdırılaraq kollegiyanın sədri və katibi tərəfindən imzalanır.